Vəzifə öhdəlikləri:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- BOKT-un kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Kreditləşmə üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil;
- Maliyyə təşkilatlarında əşya kreditləri satışı üzrə 3 il təcrübəyə malik olmalıdır (Bank və ya BOKT sahəsində iş təcrübəsi olmalıdır);
- Analitik düşüncə, effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilməli, rus dili biliyi üstünlükdür.
İş şəraiti:
- İş rejimi: 6 günlük, 10:00-19:00 (13:00-14:00 nahar)
- Əmək haqqı: Gross 850 AZN+Bonus ( Bonus satışın həcminə uyğun olaraq dəyişir)
- QEYD: Bayram günləri işə cəlb olunma zamanı ikiqat əmək haqqı ödənilir.
- İş yeri: Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.