Problemli kreditlər şöbəsində soft və hard üzrə Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Problemli kreditlər şöbəsində soft və hard üzrə Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

  • Deadline 15 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

BOKT “KREDEX” komandamıza qoşulmaq üçün nəticəyönümlü, təşəbbüskar və məqsədlərinə çatmağı bacaran əməkdaşlar axtarırıq.

Problemli kreditlər şöbəsində soft və hard-da açıq olan vakansiyalar:

  • Kiçik mütəxəssis (1 ilə qədər təcrübə ilə)
  • Mütəxəssis (1-2 il təcrübə ilə)
  • Aparıcı mütəxəssis (3 il+ təcrübə ilə)
  • Baş mütəxəssis (5 il+ təcrübə ilə)

Sizdən nə gözləyirik?

  • Problemli kreditlərin idarə edilməsi və gecikmiş borcların geri qaytarılması istiqamətində nəticəyönümlü fəaliyyət göstərmək;
  • Borcalanlarla effektiv danışıqlar aparmaq, ödənişlərin bərpası üçün uyğun yanaşmalar müəyyənləşdirmək;
  • Müəyyən edilmiş fərdi və komanda hədəflərinə çatmaq;
  • Analitik düşüncə, məsuliyyətlilik və təşəbbüskarlıq nümayiş etdirmək.

Tələblər:

  • Bank, BOKT və ya digər maliyyə təşkilatlarında problemli kreditlər sahəsində iş təcrübəsi;
  • Güclü ünsiyyət, inandırma və danışıqlar aparmaq bacarığı;
  • Hədəflərlə işləmək və nəticə əldə etmək motivasiyası;
  • Analitik düşüncə, operativlik və məsuliyyətlilik;
  • Komanda ilə işləmək və fərdi nəticələrə görə məsuliyyət daşımaq bacarığı.

İş barədə məlumat:

  • Əmək haqqı: Rəqabətli ə/h+bonus (namizədin təcrübəsinə əsasən müəyyən olunacaq) 
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Babək pros. 154
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-16:00

Əgər siz gənc və dinamik kollektivin bir parçası olmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə, CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz

  • Daily125
  • Weekly566
  • Monthly1414