BOKT “KREDEX” komandamıza qoşulmaq üçün nəticəyönümlü, təşəbbüskar və məqsədlərinə çatmağı bacaran əməkdaşlar axtarırıq.
Problemli kreditlər şöbəsində soft və hard-da açıq olan vakansiyalar:
- Kiçik mütəxəssis (1 ilə qədər təcrübə ilə)
- Mütəxəssis (1-2 il təcrübə ilə)
- Aparıcı mütəxəssis (3 il+ təcrübə ilə)
- Baş mütəxəssis (5 il+ təcrübə ilə)
Sizdən nə gözləyirik?
- Problemli kreditlərin idarə edilməsi və gecikmiş borcların geri qaytarılması istiqamətində nəticəyönümlü fəaliyyət göstərmək;
- Borcalanlarla effektiv danışıqlar aparmaq, ödənişlərin bərpası üçün uyğun yanaşmalar müəyyənləşdirmək;
- Müəyyən edilmiş fərdi və komanda hədəflərinə çatmaq;
- Analitik düşüncə, məsuliyyətlilik və təşəbbüskarlıq nümayiş etdirmək.
Tələblər:
- Bank, BOKT və ya digər maliyyə təşkilatlarında problemli kreditlər sahəsində iş təcrübəsi;
- Güclü ünsiyyət, inandırma və danışıqlar aparmaq bacarığı;
- Hədəflərlə işləmək və nəticə əldə etmək motivasiyası;
- Analitik düşüncə, operativlik və məsuliyyətlilik;
- Komanda ilə işləmək və fərdi nəticələrə görə məsuliyyət daşımaq bacarığı.
İş barədə məlumat:
- Əmək haqqı: Rəqabətli ə/h+bonus (namizədin təcrübəsinə əsasən müəyyən olunacaq)
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Babək pros. 154
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-16:00
Əgər siz gənc və dinamik kollektivin bir parçası olmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə, CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz