İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 154
- İş qrafiki: Tam ştat, 6 günlük iş qrafiki, iş saatları 10:00-dan 18:00-dək, VI günü qısa iş günü
Vəzifə öhdəlikləri:
- Problemli kredit portfellərinə nəzarət etmək;
- Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
- Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
- Müştəri məlumatlarının sistemə daxil edilməsi və yenilənməsi;
- Görülmüş işlər üzrə gündəlik və aylıq hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili (maliyyə, iqtisadiyyat, hüquq və oxşar sahələr arzuolunandır);
- Müvafiq sahədə təcrübə arzuolunandır
- Azərbaycan dilində səlis danışıq;
- Ünsiyyət qurma və inandırma bacarığı;
- Stresə davamlı, məsuliyyətli və nəticəyönümlü olmaq;
- MS Office proqramları ilə işləmə bacarığı.
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
- Stabil və uzunmüddətli iş imkanı;
- Karyera yüksəlişi imkanları;
- Müasir və komfortlu ofis mühiti;
- Gənc və dinamik kollektiv.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.