“Kredit Evi” ASC “Aparıcı Auditor” vakansiyası elan edir.
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat);
- Minimum 2 il maliyyə auditi, mühasibatlıq və ya daxili nəzarət sahəsində iş təcrübəsi;
- Hesabatlarının hazırlanması, təhlili və qiymətləndirilməsi üzrə təcrübə;
- Yerli və beynəlxalq maliyyə hesabatlığı və audit standartları (IFRS, ISA) üzrə biliklər;
- Risk əsaslı audit yanaşması və daxili nəzarət sistemlərinin təhlili üzrə bacarıq;
- MS Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bacarıq;
- ACCA, CIA və ya digər müvafiq sertifikatlar arzuolunandır;
- Analitik düşünmə və hesabat hazırlama bacarığı;
- Komanda işi və metodoloji dəstək göstərmək bacarığı;
- Ölkə daxili filiallara ezamiyyət imkanı.
Vəzifə öhdəlikləri:
- Maliyyə auditlərinin müstəqil şəkildə planlaşdırılması və icrası;
- Risk əsaslı maliyyə audit proqramlarının hazırlanması və tətbiqi;
- Hesabatlarının düzgünlüyü və etibarlılığının qiymətləndirilməsi, potensial uyğunsuzluqların müəyyənləşdirilməsi;
- Büdcə icrası, gəlir və xərclərin təhlili, səmərəlilik və effektivliyin qiymətləndirilməsi;
- Vergi, mühasibatlıq və digər maliyyə əməliyyatlarının yoxlanılması;
- Audit müşahidələrinin və əsaslandırılmış tövsiyələrin hazırlanması və təqdim edilməsi;
- Audit hesabatlarının hazırlanması və rəhbərliyə təqdimatı;
- Kiçik auditorların işinə metodoloji dəstək və təlim;
- Filiallarda və struktur bölmələrdə planlı və plandankənar yoxlamalarda iştirak və dəstək;
- Daxili audit standartlarının və metodologiyasının tətbiqi və təkmilləşdirilməsi;
- Audit nəticələrinin icrasına nəzarət;
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Aparıcı Auditor”).
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki,yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.