Copywriter axtarırıq!
Yaradıcı düşüncəni strateji yanaşma ilə birləşdirən, sözlərin gücü ilə brend dəyəri yaradan və satış yönümlü məzmun hazırlamağı bacaran peşəkarları komandamıza dəvət edirik.
Bu vəzifədə siz:
- Brendimizin Tone of Voice-na uyğun kommunikasiya mətnləri hazırlayacaq;
- Rəqəmsal platformalar və reklam kampaniyaları üçün effektiv kontent yaradacaq;
- Marketinq komandası ilə birlikdə güclü kommunikasiya strategiyasının formalaşdırılmasına töhfə verəcəksiniz.
Sizdən gözləntilərimiz:
- Copywriting sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə bacarığı;
- Rəqəmsal marketinq və sosial media kontenti üzrə təcrübə;
- Yaradıcı yanaşma, məsuliyyət və komanda ilə effektiv əməkdaşlıq.
CV-i Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Copywriter” qeyd etməklə göndərin.