Tələblər:
- Yaş həddi: 22-35 yaş;
- Ali təhsil (riyaziyyat,iqtisadiyyat və maliyyə üzrə arzu olunandır);
- Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə,Rus dili biliyi arzu olunandır;
- Komputer bilikləri: Word və Excel yaxşı səviyyədə.
- İş təcrübəsi: 1 ildən yuxarı (Bank,BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Kredit və digər cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn gündəlik nəzarət fəaliyyətinin həyata keçirilməsi;
- Günlük, həftəlik, aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi,
- Təşkilatın filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiz. E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Daxili nəzarət işçisi”). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.