Krispy Kreme Krispy Kreme
  • 382

Retail Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Retail Menecer

  • Deadline 19 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil olur.

Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.

Niyə Krispy Kreme?

  • Bizim qlobal mədəniyyətimizi Leadership Mix əks etdirir — bu, dünyada bir-birimizlə necə işlədiyimizi və icmalarımıza necə dəstək verdiyimizi müəyyən edən davranış nümunələridir.
  • Hər bir Krispy Kreme əməkdaşı öz cəsarətli və autentik kimliyi ilə qəbul olunduğunu, dəyər gördüyünü və sevildiyini hiss edəndə, özünü rahat şəkildə ifadə edə bilir, yaradıcı və bənzərsiz potensialını inkişaf etdirir. 
  • Krispy Kreme-də sevinc paylaşmaq fəaliyyətimizin mərkəzindədir və biz bunu icmalarımızda ilhamlandırmağa çalışırıq

İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi

Namizədə aid tələblər:

  • Ali təhsilli olması;
  • Azərbaycan dili - mükəmməl, ingilis dili – yaxşı səviyyədə;
  • Ezamiyyətlərə hazır olmaq;
  • FMCG və ya pərakəndə satış sahəsində 4 ildən az olmayaraq iş təcrübəsi;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Əsas retail KPI-larını anlama və təhlil etmə bacarığı;
  • Liderlik keyfiyyəti və komanda idarəetmə bacarığı;
  • Məsuliyyət, dəqiqlik və karyera qurmaq istəyi;
  • Problem həll etmə və qərarvermə qabiliyyəti;
  • Müştəriyönümlülük və yüksək xidmət mədəniyyəti;
  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Hesabat və təhlil bacarıqları; 
  • MS Office proqramları üzrə yaxşı biliklər, ERP sistemlərində (1C,İİKO) işləmək bacarığı;
  • Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Mağaza müdiri ilə birlikdə biznes planının məqsədlərinə çatmaq və gəlirliliyi artırmaq;
  • Mağazada fasiləsiz və səmərəli fəaliyyətin təmin olunması üçün növbələri idarə etmək;
  • Lokal təkliflərdə iştirak etmək, menyunu təkmilləşdirmək, aksiyalar təşkil etmək;
  • Qonaq məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək;
  • Qonaqların tələbatlarını təmin etmək üçün bütün standartların tətbiq olunmasını təmin etmək;
  • Qonaq şikayətlərini təhlil etmək və onları aradan qaldırmaq üçün uyğun prosedurları həyata keçirmək;
  • Komandada yüksək xidmət mədəniyyəti formalaşdırmaq;
  • Mağazada satışların və məhsuldarlığın maksimum artırılmasını təmin etmək; 
  • KPI göstəricilərinə nəzarət:satış planı,orta çek, dövriyyə;
  • Satışları artırmaq üçün tədbirləri planlaşdırmaq və tətbiq etmək;
  • Mağaza daxilində maliyyə əməliyyatlarının icrasına dəstək;
  • Satışlar və mağazanın KPI göstəriciləri üzrə hesabat hazırlamaq;
  • Komanda üzvlərinin effektiv şəkildə seçilməsində, işə qəbulunda, təlimində və peşəkar inkişafında kömək etmək;
  • Qida təhlükəsizliyi və əməkdaş sağlamlığı prosedurlarına əməl olunmasına nəzarət;
  • Məhsullar və cari kampaniyalar barədə komandanın məlumatlılığını təmin etmək;
  • Şirkət və Krispy Kreme brend standartlarına riayət olunmasına nəzarət;
  • Xarici görünüş və sanitariya standartlarına əməl etmək;
  • Əməliyyat sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Mağazada nizam-intizamı qorumaq və iş proseslərinin səmərəli təşkilini təmin etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Təlim keçmə və karyera artımı imkanları.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Retail Menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly0
  • Monthly1889