Vəzifə öhdəlikləri:
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbara gələn sifarişlərin mövcüd olub olmamasını yoxlamaq, daxil olan mal və yükləri qeydiyyata almaq və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparmaq;
- Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsi məlumatlandırmaq;
- Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət etmək;
- Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal məlumat vermək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlamaq, təşkil etmək və inventarizasiya prosesində iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin etmək və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat vermək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarını aparmaq;
- Rəhbərin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Rizayi biliklər;
- Mükəmməl səviyyədə Azərbaycan dili, Rus dili arzuolunandır;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: 1200 - 1700 AZN
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.