Kristal Abşeron Kristal Abşeron
  • 447
Kristal Abşeron

Kristal Abşeron

Tikinti

Biznesin inkişafı üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin inkişafı üzrə mütəxəssis

  • Deadline 22 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər: 

  • İnşaat mühəndisliyi, biznes idarəçiliyi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Tikinti sahəsində və ya satınalma, biznes inkişafı, məhsul idarəçiliyi sahələrində ən azı 3 il təcrübə;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Yaxşı səviyyədə Rus və İngilis dili;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində istifadə olunan yeni texnologiya və materialların, innovativ alətlərin və həllərin araşdırılması.
  • Bazar araşdırmaları edərək, müasir trendləri və texnologiyaları izləmək və şirkətə uyğun olanlarını təqdim etmək.
  • İnovativ həllərin tətbiq edilməsi və satınalma proseslərinin daha səmərəli və iqtisadi hala gətirilməsi.
  • Təchizatçı şəbəkəsinin genişləndirilməsi və yeni təchizatçılarla müqavilələr bağlanması.
  • Satınalma proseslərində və tikinti layihələrində istifadə olunan innovativ həlləri tətbiq etmək və bu texnologiyaların tətbiqinin effektivliyini qiymətləndirmək.
  • Satınalma və təchizat zəncirində meydana gələ biləcək riskləri analiz etmək və bu risklərin qarşısını almaq üçün tədbirlər görmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Biznesin inkişafı üzrə mütəxəssis” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily15
  • Weekly563
  • Monthly2727