Vəzifə öhdəlikləri:
- Dəmir-beton layihələrinin hesabatının yoxlanılması;
- Beton, armatur və qəlib miqdarının hesablanması;
- Materialların ayırd edilməsi;
- Podratçı tərəfindən görülən dəmir və qəlib işlərinə nəzarət edilməsi və təhvil alınması;
- Beton işlərinə nəzarət edilməsi;
- Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq)
- Beton-qəlib sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
- Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
- Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Sumqayıt;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühəndis (Beton-qəlib işləri üzrə)” yazmaqla Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.