Tələblər:
- Hüquqşünas ixtisası üzrə ali təhsil;
- Yüksək səviyyədə qanunvericilik biliyi;
- Sahə üzrə 1-2 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə yazmaq, fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalı;
- Rus və İngilis dilini bilən namizədlərə üstünlük verilir;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Departamentin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair araşdırma aparmaq və rəy hazırlamaq;
- Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına nəzarət etmək;
- İddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, etiraz, vəsatət və sairə hüquqi sənədləri tərtib etmək;
- Hüquqi sənədlərin işlənib hazırlanmasında, məktub və sorğulara cavabın hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəy hazırlamaq;
- Müqavilənin hazırlanması, rəsmiləşdirilməsi, analizinin aparılması aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlərin icrası;
- Müqavilənin hazırlanması, eləcə də bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək;
- Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada və müddətdə icra etmək;
- Əlaqədar qurumlarla işləmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Hüquqşünas” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.