Kristal Kristal
  • 766
Kristal

Kristal

Tikinti

Sənədləşmə üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sənədləşmə üzrə mütəxəssis

  • Deadline 13 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma fəaliyyətləri üzrə bütün müqavilə və əlavə razılaşmaların hazırlanması, redaktə edilməsi, uyğunlaşdırılması və rəsmiləşdirilməsi;
  • Podratçı və təchizatçılarla qiymət, şərtlər, məsuliyyət maddələri və cərimələr üzrə razılaşmaların koordinasiyası;
  • Mövcud müqavilələrin icra vəziyyətinin izlənilməsi, müddətlərin və öhdəliklərin nəzarətdə saxlanılması;
  • Müqavilələrin elektron sistemlərdə qeydiyyatı, yenilənməsi, arxivləşdirilməsi və məlumat bazasının yenilənməsi;
  • Daxili prosedur və siyasətlərə uyğun şəkildə sənəd dövriyyəsinin təşkili;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Satınalma və logistika departamentinə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə ötürülməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
  • Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
  • Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Azərbaycan dili mükəmməl, ingilis dili peşəkar, rus dili arzuolunandır.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı: 800 AZN net.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sənədləşmə üzrə mütəxəssis” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily48
  • Weekly546
  • Monthly1574