Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma fəaliyyətləri üzrə bütün müqavilə və əlavə razılaşmaların hazırlanması, redaktə edilməsi, uyğunlaşdırılması və rəsmiləşdirilməsi;
- Podratçı və təchizatçılarla qiymət, şərtlər, məsuliyyət maddələri və cərimələr üzrə razılaşmaların koordinasiyası;
- Mövcud müqavilələrin icra vəziyyətinin izlənilməsi, müddətlərin və öhdəliklərin nəzarətdə saxlanılması;
- Müqavilələrin elektron sistemlərdə qeydiyyatı, yenilənməsi, arxivləşdirilməsi və məlumat bazasının yenilənməsi;
- Daxili prosedur və siyasətlərə uyğun şəkildə sənəd dövriyyəsinin təşkili;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Satınalma və logistika departamentinə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə ötürülməsi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
- Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
- Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
- Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
- Azərbaycan dili mükəmməl, ingilis dili peşəkar, rus dili arzuolunandır.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: 800 AZN net.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sənədləşmə üzrə mütəxəssis” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.