Kvan Group MMC Kvan Group MMC
  • 451

Kvan Group MMC

Peşəkar xidmətlər

Sahə mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə mühəndisi

  • Deadline 13 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə: Bahar Residence
İş şəraiti

  • Əmək haqqı: 3000–4000 AZN (təcrübədən asılı olaraq)
  • İş qrafiki: Həftədə 6 gün

Tələblər:

  • İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
  • Sahə mühəndisi vəzifəsində minimum 10 il iş təcrübəsi
  • Tikinti norma və qaydalarını (SNİP, AZS və s.) bilmək
  • Çertyoj və layihə sənədlərini oxumaq və tətbiq etmək bacarığı
  • Ölçü işləri və texniki hesabatların aparılması üzrə təcrübə
  • Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı

Vəzifə və öhdəliklər:

  • Tikinti sahəsində işlərin layihə və qrafikə uyğun icrasına nəzarət
  • Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğunun təmin edilməsi
  • Sahədə aparılan işlərin gündəlik uçotunun aparılması
  • Podratçı və subpodratçıların işinə nəzarət və koordinasiya
  • Materialların düzgün və səmərəli istifadəsinə nəzarət
  • Layihə dəyişikliklərinin sahədə düzgün tətbiq olunmasının təmin edilməsi
  • Texniki problemlərin operativ şəkildə aşkarlanması və həlli
  • Yerinə yetirilmiş iş həcmlərinin ölçülməsi və təsdiqi
  • Texniki aktların, icra sənədlərinin və hesabatların hazırlanması
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi

Bilməli olduğu proqramlar:

  • AutoCAD – layihə çertyojlarının oxunması, ölçülərin yoxlanılması və sahədə tətbiqi üçün
  • MS Excel – iş həcmlərinin hesablanması, material cədvəlləri, günlük/aylıq hesabatların hazırlanması
  • MS Word – texniki aktların, izahatların və rəsmi yazışmaların hazırlanması
  • MS Project (üstünlükdür) – iş qrafiklərinin hazırlanması və icrasına nəzarət
  • Primavera P6 (üstünlükdür) – böyük tikinti layihələrində planlama və vaxt idarəetməsi üçün
  • Revit (üstünlükdür) – layihə koordinasiyası və BIM əsaslı işlər üçün
  • PDF proqramları (Adobe Acrobat və s.) – layihə sənədlərinin yoxlanılması və qeyd aparılması üçün

Üstünlük hesab olunan əlavə biliklər:

  • PlanSwift, CostX və ya oxşar ölçü proqramları – iş həcmlərinin çıxarılması üçün
  • Google Sheets / Google Drive – sənədlərin paylaşımı və komanda işi üçün

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1179