La Liga Dining & Lounge Restoranlar şəbəkəsi La Liga Dining & Lounge Restoranlar şəbəkəsi
  • 511

Suşi ustası

  • Истекает 28 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas öhdəliklər:

  • Müxtəlif növ suşi, roll və digər Yapon mətbəxi təamlarının hazırlanması;
  • Yeməklərin reseptura və təqdimat standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
  • İstifadə olunan məhsulların keyfiyyətinə və təzəliyinə nəzarət;
  • Mətbəxdə gigiyena və sanitariya qaydalarına riayət edilməsi;
  • Məhsulların düzgün saxlanılması və səmərəli istifadəsinin təmin edilməsi;
  • Yeni reseptlərin hazırlanması və menyunun təkmilləşdirilməsində iştirak;
  • Mətbəx komandasının digər üzvləri ilə effektiv əməkdaşlıq.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Orta və ya peşə təhsili;
  • İş təcrübəsi: Suşi şefi olaraq minimum 2 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Yapon mətbəxi və suşi hazırlanması texnikaları üzrə peşəkar biliklər;
  • Müxtəlif suşi və roll növlərinin hazırlanması üzrə praktiki təcrübə;
  • Qida təhlükəsizliyi və gigiyena standartları haqqında biliklər;
  • Yüksək iş tempində işləmək bacarığı;
  • Məsuliyyətlilik və detallara diqqət;
  • Komanda ilə işləmək bacarığı;
  • Kreativ yanaşma və təqdimat bacarıqları.

Təklif edirik:

  • Əməkhaqqı: 1000–1200 AZN + servis haqqı;
  • Nahar və forma şirkət tərəfindən;
  • Peşəkar iş mühiti.

İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Suşi Şefi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 050 574 41 92 nömrəsinə WhatsApp vasitəsi ilə  göndərə bilərlər. 

  • Daily5
  • Weekly538
  • Monthly2507