Vəzifə öhdəlikləri:
- Gündəlik fəaliyyətə nəzarət – oyun aparatlarının işlək vəziyyətdə olmasını, lounge sahəsində masaların və avadanlıqların təmiz və istifadəyə hazır olmasını təmin etmək.
- Avadanlıq yoxlaması – PlayStation, VR, digər oyun cihazları, işıqlandırma, musiqi sistemi və qalyan/servis avadanlıqlarının texniki vəziyyətini gündəlik izləmək.
- Satış və xidmət axını – müştəri sifarişlərinin vaxtında və düzgün çatdırılması, masaların dövriyyəsinin izlənməsi.
- Kassa və maliyyə intizamı – günlük kassa hesabatı, balans yoxlamaları, oyun saatlarının və digər hesablarının düzgün yazılması.
- Sanitariya və təhlükəsizlik – obyektin təmizliyi, yanğın təhlükəsizliyi, elektrik və qaz avadanlıqlarının təhlükəsizlik qaydalarına uyğunluğu.
- Müştəri məmnuniyyəti – müştərilərlə birbaşa ünsiyyət, şikayətlərin operativ həlli, loyallıq və geri dönüşlərin artırılması.
- Növbə idarəsi – ofisiant, barmen, texniki işçi və inzibati heyətin iş qrafiklərinin hazırlanması və ədalətli bölüşdürülməsi
- Komandanın motivasiyası – heyəti düzgün yönləndirmək, məhsuldarlığı artırmaq, motivasiya tədbirləri təşkil etmək.
- Təlim və inkişaf – yeni işçilərin adaptasiyası, xidmət standartlarının öyrədilməsi, daxili təlim proqramlarının tətbiqi.
- Daxili nizam-intizam – işçilərin geyim və grouminq qaydaları, davranış qaydaları və iş etikası üzərində nəzarət.
- Hesabatlılıq – rəhbərliyə həftəlik və aylıq hesabatların təqdim olunması (satış, müştəri sayı, avadanlıq vəziyyəti, personal performansı).
- Marketinq və aksiyalara dəstək – xüsusi kampaniyaların icrasında fəal iştirak, sosial media üçün məlumat ötürülməsi və izləyicilərlə kommunikasiya dəstəyi.
- Oyun vaxtlarının dəqiq uçotu və müştərilərə düzgün çatdırılması.
- Avadanlıq nasazlıqlarında texniki servisə operativ müraciət.
- Minder, kreslo və aksesuarların qorunması və təmizliyinə nəzarət.
- Müştəri məmnuniyyətində artım və təkrar gəlişlərin təmin olunması.
- Gündəlik satışın stabil və yüksələn trenddə saxlanması.
- İşçi heyətində nizam, intizam və motivasiya balansının qorunması.
- İtki və nasazlıqların minimuma endirilməsi.
Vəzifəyə tələblər:
- Təhsil: Ali təhsil (İdarəetmə, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üstünlükdür).
- İş təcrübəsi: Restoran və Lounge tipli obyektlərin idarə olunmasında təcrübə isə üstünlük hesab olunur.
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlükdür.
- Texniki biliklər: Oyun konsolları (PS5, Xbox, PC gaming) və oyun avadanlıqları haqqında məlumat.
- Marketinq bacarıqları:Sosial Şəbəkələrdə və Ənənəvi üsullar ilə reklam və marketinqin qurulmasını aparmaq.
- Kompyuter bilikləri:Word və Exceldə işləmək bacarığı
- Şəxsi keyfiyyətlər: Təşkilatçılıq, problem həll etmə bacarığı və komandada işləmə qabiliyyəti.
Biz sizə nə təklif edirik?
- Stabil əmək haqqı + performans əsaslı bonus sistemi.
- Rahat və dinamik iş mühiti.
- Karyera inkişafı üçün imkanlar.
- Peşəkar komandada çalışma imkanı.
İş haqqında:
- Əmək haqqı: 700-1000 Azn (sabit əmək haqqı + bonus sistemi);
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş qrafiki: Tam ştat, 6 günlük iş həftəsi.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Supervayzer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.