Tələblər
- Yaş: 25 – 40
- Bəy namizəd
- Təhsil: Biznesin idarə olunması, Layihələrin idarə olunması, Menecment və ya digər müvafiq sahələr üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il peşəkar təcrübə və ən azı 5 tədbirin təşkilində iştirak təcrübəsi
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı
- Rus dili – yaxşı
Vəzifə öhdəlikləri
- Tələblərə, hədəf auditoriyaya və tədbirin məqsədlərinə uyğun olaraq tədbirin əvvəlindən sonunadək planlaşdırılması və idarə olunması
- Layihə və tədbirlərin uğurlu icrası üçün zəruri meyar və tələblərin müəyyənləşdirilməsi, komanda üzvlərinin, vendorların, könüllülərin və digər tərəflərin idarə olunması
- Layihənin icra planının və iş cədvəlinin hazırlanması və plana uyğun icranın təmin edilməsi
- Tədbirin əməliyyat planının hazırlanması, icrası və prosesə nəzarət edilməsi
- Layihə rəhbəri ilə birgə tədbirin təşkilati komandasının strukturunun formalaşdırılması və vəzifələrin müəyyənləşdirilməsi
- Təşkilati komandaya rəhbərlik edilməsi və iş prosesinə nəzarət
- Tədbirin keçiriləcəyi məkanların layihə, sifarişçi və təşkilati komandanın tələblərinə uyğun olaraq seçilməsi və müəyyənləşdirilməsi
- Logistika, qonaqlama və qidalanma planının hazırlanması, müvafiq koordinatorlara ötürülməsi və icrasına nəzarət
- Vendorlarla əlaqələrin qurulması və əməkdaşlıq prosesinin idarə olunması
- Kütlənin idarə olunması və təhlükəsizlik planının hazırlanması və icrası (crowd management)
- Tədbirin ərazi planının hazırlanması, müvafiq koordinatorlara təqdim edilməsi və icrasına nəzarət
- Audio-vizual avadanlıqlar, texniki heyət və texniki vendorlarla işin qurulması və koordinasiyası
- Layihə büdcəsinin idarə olunması və mövcud resurslara uyğun olaraq tədbirin icrasının təmin edilməsi
- Tədbirin marketinq, promo və çap fəaliyyətlərinə nəzarət və rəhbərlik
- Potensial problemlərin və risklərin əvvəlcədən müəyyənləşdirilməsi və risklərin minimuma endirilməsi üçün tədbirlərin görülməsi
- Hər tədbirdən sonra iştirakçıların, sifarişçinin və təşkilati komandanın rəylərinə əsasən hesabatların hazırlanması və növbəti layihələr üçün müvafiq təkmilləşdirmələrin aparılması
- Layihənin gedişatına uyğun olaraq əlavə təşkilati və əməliyyat işlərinin görülməsi və ya onların icrasına nəzarət
İş şəraiti:
- İş qrafiki - Həftənin 5 günü (saat 09:00 – 18:00);
- Əməkhaqqı: Namizədin təcrübəsinə uyğun olaraq müəyyən ediləcək
- Ünvan: Məmməd Araz 120a
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.