Laguna Group MMC Laguna Group MMC
  • 189

Laguna Group MMC

Sənaye

Tədbirlərin təşkili üzrə layihə rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tədbirlərin təşkili üzrə layihə rəhbəri

  • Истекает 14 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər

  • Yaş: 25 – 40
  • Bəy namizəd
  • Təhsil: Biznesin idarə olunması, Layihələrin idarə olunması, Menecment və ya digər müvafiq sahələr üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il peşəkar təcrübə və ən azı 5 tədbirin təşkilində iştirak təcrübəsi

Dil bilikləri:

  • Azərbaycan dili – əla
  • İngilis dili – yaxşı
  • Rus dili – yaxşı

Vəzifə öhdəlikləri

  • Tələblərə, hədəf auditoriyaya və tədbirin məqsədlərinə uyğun olaraq tədbirin əvvəlindən sonunadək planlaşdırılması və idarə olunması
  • Layihə və tədbirlərin uğurlu icrası üçün zəruri meyar və tələblərin müəyyənləşdirilməsi, komanda üzvlərinin, vendorların, könüllülərin və digər tərəflərin idarə olunması
  • Layihənin icra planının və iş cədvəlinin hazırlanması və plana uyğun icranın təmin edilməsi
  • Tədbirin əməliyyat planının hazırlanması, icrası və prosesə nəzarət edilməsi
  • Layihə rəhbəri ilə birgə tədbirin təşkilati komandasının strukturunun formalaşdırılması və vəzifələrin müəyyənləşdirilməsi
  • Təşkilati komandaya rəhbərlik edilməsi və iş prosesinə nəzarət
  • Tədbirin keçiriləcəyi məkanların layihə, sifarişçi və təşkilati komandanın tələblərinə uyğun olaraq seçilməsi və müəyyənləşdirilməsi
  • Logistika, qonaqlama və qidalanma planının hazırlanması, müvafiq koordinatorlara ötürülməsi və icrasına nəzarət
  • Vendorlarla əlaqələrin qurulması və əməkdaşlıq prosesinin idarə olunması
  • Kütlənin idarə olunması və təhlükəsizlik planının hazırlanması və icrası (crowd management)
  • Tədbirin ərazi planının hazırlanması, müvafiq koordinatorlara təqdim edilməsi və icrasına nəzarət
  • Audio-vizual avadanlıqlar, texniki heyət və texniki vendorlarla işin qurulması və koordinasiyası
  • Layihə büdcəsinin idarə olunması və mövcud resurslara uyğun olaraq tədbirin icrasının təmin edilməsi
  • Tədbirin marketinq, promo və çap fəaliyyətlərinə nəzarət və rəhbərlik
  • Potensial problemlərin və risklərin əvvəlcədən müəyyənləşdirilməsi və risklərin minimuma endirilməsi üçün tədbirlərin görülməsi
  • Hər tədbirdən sonra iştirakçıların, sifarişçinin və təşkilati komandanın rəylərinə əsasən hesabatların hazırlanması və növbəti layihələr üçün müvafiq təkmilləşdirmələrin aparılması
  • Layihənin gedişatına uyğun olaraq əlavə təşkilati və əməliyyat işlərinin görülməsi və ya onların icrasına nəzarət

 

İş şəraiti:

  • İş qrafiki - Həftənin 5 günü (saat 09:00 – 18:00);
  • Əməkhaqqı: Namizədin təcrübəsinə uyğun olaraq müəyyən ediləcək
  • Ünvan: Məmməd Araz 120a

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily5
  • Weekly559
  • Monthly1130