Əsas öhdəliklər:
- Menyuya və müəyyən edilmiş standartlara uyğun yeməklərin hazırlanması;
- Yeməklərin keyfiyyətli, vaxtında və düzgün təqdimatla hazırlanmasının təmin edilməsi;
- Məhsulların düzgün saxlanılması və səmərəli istifadəsinə nəzarət;
- Mətbəxdə sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- İş sahəsinin təmiz və səliqəli saxlanılması;
- Mətbəx komandası ilə koordinasiyalı şəkildə işləmək;
- Məhsul itkisi və israfın minimuma endirilməsinə diqqət yetirmək;
- Şirkətin müəyyən etdiyi keyfiyyət və xidmət standartlarına riayət etmək.
Kvalifikasiya tələbləri:
- Təhsil: Orta, orta ixtisas və ya ali təhsil;
- İş təcrübəsi: Restoran və ya iaşə sahəsində aşpaz kimi iş təcrübəsi;
- Peşəkar mətbəx mühitində işləmə təcrübəsinə üstünlük verilir.
Tələb olunan bilik və bacarıqlar:
- Yeməklərin hazırlanma və bişirilmə texnologiyaları üzrə praktiki biliklər;
- Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları üzrə biliklər;
- Məhsullardan düzgün və qənaətli istifadə bacarığı;
- Komandada işləmək bacarığı;
- Operativlik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı;
- Məsuliyyətlilik və detallara diqqət;
- Səliqəlilik və intizamlılıq.
Təklif edirik:
- Əmək haqqı: 800–1 000 AZN + servis haqqı;
- İstirahət: Həftədə 1 gün;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Rəsmi əmək müqaviləsi;
- Performans nəticələrinə əsasən inkişaf və gəlir artımı imkanı;
- Karyera inkişafı və peşəkar yüksəliş imkanı;
- Stabil və peşəkar iş mühiti;
- Güclü komanda ilə işləmək imkanı.
İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası ərazisi.
Tələblərə cavab verən namizədlər öz CV-lərini və ya qısa məlumatlarını “Aşpaz” başlığı ilə 070 751 51 80 / 050 574 41 92 nömrələrinə WhatsApp vasitəsilə göndərə bilərlər.
Qeyd: Vakansiya birbaşa LaLiga Dining and Lounge şirkətinə aiddir.