Əsas öhdəliklər:
- Qonaqların gülərüz və peşəkar şəkildə qarşılanması və yola salınması;
- Rezervasiyaların qəbul edilməsi, qeydiyyatı və düzgün idarə olunması;
- Qonaqların masa rezervasiyalarına uyğun yönləndirilməsi;
- Telefon və WhatsApp vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması;
- Restoranın xidmətləri, menyusu və mövcud kampaniyaları barədə qonaqlara məlumat verilməsi;
- Rezervasiya və qonaq məlumatlarının düzgün qeydiyyatının aparılması;
- Xüsusi qonaq istəklərinin aidiyyəti əməkdaşlara vaxtında ötürülməsi;
- Ofisiant, menecer və digər xidmət heyəti ilə koordinasiyalı işləmək;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsinə dəstək göstərmək.
Kvalifikasiya tələbləri:
- Təhsil: Orta ixtisas və ya ali təhsil;
- Resepsionist, hostess və ya müştəri xidməti sahəsində iş təcrübəsinə üstünlük verilir;
- Restoran və hospitality sahəsində iş təcrübəsi arzuolunandır.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Səlis və nəzakətli nitq;
- Müştəriyönümlü və pozitiv yanaşma;
- Gülərüz və baxımlı xarici görünüş;
- Operativlik və təşkilatçılıq bacarığı;
- Stressli və intensiv iş mühitində işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.
Təklif edirik:
- Əmək haqqı: 600 AZN + bonus;
- İstirahət: Həftədə 1 gün;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Rəsmi əmək müqaviləsi;
- Bonus və motivasiya sistemi;
- Stabil və peşəkar iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanı.
İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası ərazisi.
Tələblərə cavab verən namizədlər CV-lərini və ya özləri haqqında qısa məlumatı “Resepsionist” başlığı ilə 070 751 51 80 / 050 574 41 92 nömrələrinə WhatsApp vasitəsilə göndərə bilərlər.