Əsas öhdəliklər:
- Restoranın ümumi təmizlik işlərinin həyata keçirilməsi;
- Zal, sanitar qovşaqlar və digər ümumi istifadə sahələrinin təmiz və səliqəli saxlanılması;
- Müəyyən edilmiş təmizlik və gigiyena standartlarına riayət edilməsi;
- Təmizlik vasitələri və inventarlardan düzgün və qənaətli istifadə edilməsi;
- İş zamanı sanitariya və təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Təyin edilmiş gündəlik təmizlik planının vaxtında yerinə yetirilməsi;
- Aşkarlanan nasazlıq və ya çatışmazlıqlar barədə məsul şəxsə məlumat verilməsi.
Kvalifikasiya tələbləri:
- Xadimə və ya təmizlik sahəsində iş təcrübəsinə üstünlük verilir;
- Restoran və iaşə obyektlərində iş təcrübəsi arzuolunandır.
Tələb olunan bilik və bacarıqlar:
- Təmizlik və gigiyena qaydaları haqqında ilkin biliklər;
- Məsuliyyətlilik və səliqəlilik;
- Fiziki iş rejiminə uyğunlaşmaq bacarığı;
- Operativ və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Təklif edirik:
- Əmək haqqı: 600 AZN;
- İstirahət: Həftədə 1 gün;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Rəsmi əmək müqaviləsi;
- Stabil və uzunmüddətli iş imkanı;
- Peşəkar və dəstəkləyici iş mühiti.
İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası ərazisi.
Tələblərə cavab verən namizədlər özləri haqqında qısa məlumatı “Xadimə” başlığı ilə 070 751 51 80 / 050 574 41 92 nömrələrinə WhatsApp vasitəsilə göndərə bilərlər.