Təsvir
- Şirkətə daxil olan yeni malların qaimə əsasında proqrama daxil etmək;
- Gündəlik olaraq anbarlararası transferlərin həyata keçirilməsi;
- Gündəlik silgi əməliyyatlarının həyata keçirilməsi;
- Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
- İl ərzində korpuslar üzrə anbar qalıqlarının yoxlanılması;
- Əməkdaşlara təhvil verilən və əməkdaşlardan təhvil alınan inventarların proqrama daxil olunması;
- Əməkdaşlar tərəfindən daxil olan sorğuların həyata keçirilməsi;
- Servisə təhvil verilən inventarların hərəkəti barədə prosedura nəzarət olunması;
- Proqramda material və kontragentlərin açılması;
- Hər ay mühasibatlıq ilə əməliyyatların yoxlanılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
- İşdən ayrılan əməkdaşların istifadəsində olan inventarlar barədə məlumat verilməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi mütləqdir;
- 1C proqramında tam işləmə bacarığı;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
- Microsoft Office proqramlarından istifadə etmək bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
- Komanda ilə işləmə bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: həftədə 5 iş günü 09:00 – 18:00;
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Övladların təhsili üçün endirimlər;
- Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;
- Təlim və inkişaf proqramları;
- Peşəkar inkişaf və karyera artımı imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.