Təsvir
- Anbar fəaliyyətinə nəzarət etmək və idarə olunmasını təmin etmək;
- Mal və materialların düzgün şəkildə qəbulunu, saxlanmasını və uçotunun aparılmasını təmin etmək;
- Təchizat və logistika şöbəsi ilə əməkdaşlıq edərək material dövriyyəsini optimallaşdırmaq;
- Anbar stoklarının dəqiq uçotunu aparmaq və aylıq hesabatlar hazırlamaq;
- Qəbul və buraxılış sənədlərini düzgün tərtib etmək və arxivləşdirmək.
Tələblər
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Səlis azərbaycan dili biliyi;
- 1C proqramı üzrə biliklər arzuolunandır;
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı iş yanaşması.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: həftədə 5 iş günü 08:00 – 17:00;
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Övladların təhsili üçün endirimlər;
- Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;
- Təlim və inkişaf proqramları;
- Peşəkar inkişaf və karyera artımı imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.