Təsvir
- Büdcə və Maliyyə hesabatlarının hazırlanması və təhlili;
- Büdcə və Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının təhlili və tətbiqi;
- Büdcə və Maliyyə hesabatlarının tamlığının, doğruluğunun, şəffaflığının təhlili;
- Maliyyə məlumatlarının konsolidasiyasının aparılması;
- Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlili;
- Aylıq göstəricilər əsasında illik ehtimal hesabatlarının hazırlanması;
- Hesabatların avtomatlaşdırılmasında təkliflərin verilməsi.
Tələblər
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (MS Excel və MS Word);
- Maliyyə-Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin təşkil edilməsi üzrə bakalavr təhsili;
- Maliyyə, Hesabatlılıq, Büdcələmə, Audit sahələrində 2 il iş təcrübəsi;
- Maliyyə məlumatlarının təhlilinin aparılması bacarığının olması;
- İngilis və rus dili bilikləri arzu olunandır;
- IFRS sertifikatlarının olması (F3, F7, F8) arzu olunandır;
- Maliyyə məlumatlarının təhlilinin aparılması bacarığının olması;
- ERP sistemləri ilə işləmə bacarığı arzu olunandır;
- Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı;
- Güclü analitik bacarığı.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 8:00 - 17:00/09:00-18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis mövcuddur);
- Könüllü tibbi sığorta;
- Həyat yığım sığortası;
- Push 30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;
- LANDAU School-da uşaqların təhsilində xüsusi endirimlər;
- Korporativ təlimlərə qatılma imkanı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.