Təsvir:
- Gündəlik olaraq kassa əməliyyatlarının 1C proqramında dəqiq və vaxtında uçotunun aparılması;
- Gündəlik olaraq kassa kitabının işlənməsi və rəhbərliyə təqdim olunması;
- Təhtəl hesab şəxslərlə avans hesabatlarının aparılması, uyğun sənədləşmənin təmin edilməsi;
- Nağd vəsaitlərin hərəkəti ilə bağlı mövcud qanunvericiliyin izlənməsi və müəssisə daxilində tətbiqi;
- Qrup şirkətləri üzrə bütün kart ödənişləri və kassa əməliyyatlarının mərkəzləşdirilmiş şəkildə toplanması və təhlili;
- Nağd vəsaitlərin hərəkəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Daxili nəzarət prosedurlarına uyğun olaraq kassa intizamının qorunmasına nəzarət;
- Zərurət yarandıqda qrupun digər mühasibatlıq əməliyyatlarına dəstək vermək.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə);
- Mühasibatlıq və ya maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi;
- 1C mühasibat proqramında sərbəst işləmə bacarığı;
- Nağd pul əməliyyatları və kassa intizamı üzrə təcrübə;
- MS Excel və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Detallara diqqətlilik və yüksək məsuliyyət hissi.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.