LANDAU Education Group LANDAU Education Group
  • 808

LANDAU Education Group

Təhsil

Mühasib (Nağd Vəsaitlər və Ekvivalentlər üzrə)

Mühasib (Nağd Vəsaitlər və Ekvivalentlər üzrə)

  • Deadline 7 Noyabr 2025

Təsvir:

  • Gündəlik olaraq kassa əməliyyatlarının 1C proqramında dəqiq və vaxtında uçotunun aparılması;
  • Gündəlik olaraq kassa kitabının işlənməsi və rəhbərliyə təqdim olunması;
  • Təhtəl hesab şəxslərlə avans hesabatlarının aparılması, uyğun sənədləşmənin təmin edilməsi;
  • Nağd vəsaitlərin hərəkəti ilə bağlı mövcud qanunvericiliyin izlənməsi və müəssisə daxilində tətbiqi;
  • Qrup şirkətləri üzrə bütün kart ödənişləri və kassa əməliyyatlarının mərkəzləşdirilmiş şəkildə toplanması və təhlili;
  • Nağd vəsaitlərin hərəkəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Daxili nəzarət prosedurlarına uyğun olaraq kassa intizamının qorunmasına nəzarət;
  • Zərurət yarandıqda qrupun digər mühasibatlıq əməliyyatlarına dəstək vermək.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə);
  • Mühasibatlıq və ya maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • 1C mühasibat proqramında sərbəst işləmə bacarığı;
  • Nağd pul əməliyyatları və kassa intizamı üzrə təcrübə;
  • MS Excel və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Detallara diqqətlilik və yüksək məsuliyyət hissi.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Könüllü tibbi sığorta;
  • Uşaqlara məktəb endirimləri;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily47
  • Weekly263
  • Monthly1279