LANDAU Education Group LANDAU Education Group
  • 557

LANDAU Education Group

Təhsil

Mühasibatlıq şöbəsinin rəhbəri

  • Deadline 7 Avqust 2025

Təsvir

  • Mühasibatlıq şöbəsinin fəaliyyətinə rəhbərlik və iş bölgüsünün təşkil edilməsi;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının düzgün və vaxtında uçotunun təmin edilməsi;
  • Menecment hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və rəhbərliyə təqdim olunması;
  • DSMF, Statistika Komitəsi, Vergilər Nazirliyi və digər aidiyyatı orqanlara hesabatların hazırlanması və təqdim edilməsi;
  • Pul vəsaitlərinin hərəkətinə (cash flow) gündəlik nəzarət və planlama işlərinin təşkili;
  • Gəlir və xərc proqnozlarının hazırlanması və likvidlik risklərinin idarə olunması;
  • Bank əməliyyatlarının icrası və nəzarət edilməsi;
  • Audit və vergi yoxlamalarına hazırlıq və proseslərin effektiv idarə olunması;
  • ERP sistemləri ilə işləmə və sistemlərin təkmilləşdirilməsinə dəstək göstərilməsi;
  • Maliyyə risklərinin qiymətləndirilməsi və minimuma endirilməsi üçün tədbirlər görülməsi.
  • Əməkhaqqı, məzuniyyət, kompensasiya və digər ödənişlərin düzgün hesablanmasına nəzarət edilməsi;
  • Şirkət daxili maliyyə axınlarının optimallaşdırılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi.

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotu üzrə qanunvericiliyini yüksək səviyyədə bilmə;
  • Maliyyə hesabatlarının beynəlxalq standartları (IFRS) üzrə biliklər üstünlükdür;
  • Microsoft Office (xüsusilə Excel), 1C və ya digər mühasibatlıq proqramları üzrə peşəkar səviyyədə bilik;
  • İngilis dili və rus dili biliyi arzuolunandır;
  • Analitik düşüncə və qərarvermə bacarığı;
  • Komandada işləmə və liderlik bacarıqları;
  • Məsuliyyətli, dəqiq və nəticəyə yönümlülük.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş rejimi: 09:00-18:00/08:00-17:00 (5 gün);
  • İş yeri: Bayıl (Baş Ofis)
  • Performans əsaslı bonus;
  • Könüllü tibbi sığorta;
  • Həyat yığım sığortası;
  • LANDAU School-da uşaqların təhsilində xüsusi endirimlər;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily24
  • Weekly620
  • Monthly1168