LANDAU Education Group LANDAU Education Group
  • 244

LANDAU Education Group

Təhsil

Performans və layihələrin idarə edilməsi üzrə mütəxəssis

Performans və layihələrin idarə edilməsi üzrə mütəxəssis

  • Deadline 6 Sentyabr 2025

Təsvir

  • Performans idarəetmə çərçivələrinin (“Framwork”), KPI-lar, səriştə modelləri, qiymətləndirmə şkalalarının və s. hazırlanmasında və yenilənməsində iştirak;
  • Performans sistemlərinin təşkilatın strateji məqsədləri və HR siyasətləri ilə uyğunlaşdırılmasına dəstək;
  • Müxtəlif vəzifə və funksiyalar üçün uyğunlaşdırılmış qiymətləndirmə alətlərinin hazırlanması;
  • Performans qiymətləndirmə dövrlərinin koordinasiyası (hədəf qoyma, yarımillik və illik icmallar);
  • Struktur bölmələrə təşkilat məqsədlərinin fərdi məqsədlərə çevrilməsində dəstək göstərilməsi;
  • Qiymətləndirmələrin vaxtında və ədalətli şəkildə başa çatdırılmasına nəzarət;
  • Rəhbərlərə və əməkdaşlara performans idarəetmə prosesləri və alətləri barədə təlimlərin təşkili;
  • Rəhbərlərə geribildirim vermə, hədəf qoyma və qiymətləndirmə aparılması sahəsində dəstək;
  • Performans proseslərinin mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
  • Qiymətləndirmə proseslərində obyektivlik, ədalətlilik və şəffaflığın təmin edilməsi.

Tələblər

  • Ali təhsil​;
  • İnsan Resurslarının idarə olunması üzrə minimum 2 il iş təcrübəsi;
  • Performans idarəetmə prinsipləri, metodları və alətləri (OKR, KPI, Balanced scorecard və s.) üzrə biliklər;
  • Məlumatların təhlili, nəticələrin sadə və effektiv şəkildə təqdim edilməsi bacarığı;
  • Layihələrin planlaşdırılması və idarə olunması bacarığı;
  • B1 səviyyədə İngilis dili biliyi;
  • Yaxşı səviyyədə Excel biliyi;
  • Tənqidi Düşüncə;
  • Komanda ilə işləmək bacarığı.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Həyat yığım sığortası;
  • Könüllü tibbi sığorta;
  • Uşaqlara məktəb endirimləri;
  • Push30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily60
  • Weekly526
  • Monthly645