LANDAU Education Group LANDAU Education Group
  • 167

LANDAU Education Group

Education

Power BI üzrə aparıcı mütəxəssis

  • Deadline 15 September 2025

Təsvir

  • Power BI-da müntəzəm hesabatlar və məlumat lövhələri yaratmaq və saxlamaq, o cümlədən vizuallaşdırma və analitik nəticələr təqdim etmək;
  • Şirkət daxilində əməkdaşların sorğularına əsasən müvafiq hesabatlar hazırlamaq;
  • Dataların keyfiyyətini yoxlamaq, emal etmək və vaxtında təqdim etmək;
  • Power BI proqram təminatı ilə rəhbərlər üçün qərarvermə prosesinə təsir edəcək analitik təhlilləri təqdim etmək;
  • Power BI dashboard-larının vizual dizaynını təkmilləşdirmək, istifadəçi dostu və vizual olaraq təsirli interfeislər hazırlamaq;
  • Verilənlərin toplanması, təhlili və təmizlənməsi üzrə işləri həyata keçirmək, müxtəlif mənbələrdən əldə olunan məlumatları uyğun formatlara salmaq və emal etmək;
  • Məlumat keyfiyyətinin təmini və məlumatlarda boşluq, təkrarlanma, uyğunsuzluq kimi problemləri aşkarlayaraq aradan qaldırmaq;
  • Verilənlərə əsaslanan qərarvermə proseslərinin gücləndirilməsi üçün analitik yanaşmanı təşkilat daxilində təşviq etmək.

Tələblər

  • Ali təhsil (Biznesin İdarə edilməsi, İqdisadiyyat, Tətbiqi riyaziyyat üzrə ali təhsilin olması arzu olunandır);
  • Excel üzərindən hesabatların hazırlanması və ya Power BI üzrə dashboard-ların yaradılması üzrə minimum 2 illik iş təcrübəsi;
  • Microsoft Excel proqram təminatından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Analitik düşüncə və məlumatların təmizlənməsi, keyfiyyət yoxlanması üzrə bacarıqlar;
  • Power BI və Microsoft Excel üzrə sertifikatların olması arzuolunandır;
  • Analitik işlərdə dəqiq və səliqəli yanaşma;
  • Yüksək səviyyədə Azərbaycan dili, rus dili və ingilis dili biliyi arzuolunandır.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Könüllü tibbi sığorta;
  • Həyat yığım sığortası;
  • Uşaqlara məktəb endirimləri;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly566
  • Monthly1280