Təsvir
- Power BI-da müntəzəm hesabatlar və məlumat lövhələri yaratmaq və saxlamaq, o cümlədən vizuallaşdırma və analitik nəticələr təqdim etmək;
- Şirkət daxilində əməkdaşların sorğularına əsasən müvafiq hesabatlar hazırlamaq;
- Dataların keyfiyyətini yoxlamaq, emal etmək və vaxtında təqdim etmək;
- Power BI proqram təminatı ilə rəhbərlər üçün qərarvermə prosesinə təsir edəcək analitik təhlilləri təqdim etmək;
- Power BI dashboard-larının vizual dizaynını təkmilləşdirmək, istifadəçi dostu və vizual olaraq təsirli interfeislər hazırlamaq;
- Verilənlərin toplanması, təhlili və təmizlənməsi üzrə işləri həyata keçirmək, müxtəlif mənbələrdən əldə olunan məlumatları uyğun formatlara salmaq və emal etmək;
- Məlumat keyfiyyətinin təmini və məlumatlarda boşluq, təkrarlanma, uyğunsuzluq kimi problemləri aşkarlayaraq aradan qaldırmaq;
- Verilənlərə əsaslanan qərarvermə proseslərinin gücləndirilməsi üçün analitik yanaşmanı təşkilat daxilində təşviq etmək.
Tələblər
- Ali təhsil (Biznesin İdarə edilməsi, İqdisadiyyat, Tətbiqi riyaziyyat üzrə ali təhsilin olması arzu olunandır);
- Excel üzərindən hesabatların hazırlanması və ya Power BI üzrə dashboard-ların yaradılması üzrə minimum 2 illik iş təcrübəsi;
- Microsoft Excel proqram təminatından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Analitik düşüncə və məlumatların təmizlənməsi, keyfiyyət yoxlanması üzrə bacarıqlar;
- Power BI və Microsoft Excel üzrə sertifikatların olması arzuolunandır;
- Analitik işlərdə dəqiq və səliqəli yanaşma;
- Yüksək səviyyədə Azərbaycan dili, rus dili və ingilis dili biliyi arzuolunandır.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Həyat yığım sığortası;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.