Təsvir
- Təşkilatın tələbatına uyğun olaraq məhsul və xidmətlərin satınalma prosesini planlaşdırmaq və həyata keçirmək;
- Təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsi;
- Satınalma sifarişlərini hazırlamaq, müqavilə şərtlərini razılaşdırmaq və müqavilələrin bağlanmasına nəzarət etmək;
- Bazar qiymətlərini və təchizat şərtlərini analiz edərək, optimal təkliflərin seçilməsini təmin etmək;
- Müvafiq satınalma sənədlərini (kommersiya təklifləri, müqavilələr, hesabatlar və s.) hazırlamaq və arxivləşdirmək;
- Satınalmalar üzrə aylıq, rüblük və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satınalma sahəsində qanunvericilik və bazar yeniliklərini izləmək və tətbiq etmək.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, biznesin idarə olunması, logistika və ya əlaqəli sahələr üzrə);
- Satınalma, təchizat və ya logistika sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Bazar qiymətlərinin araşdırılması və təchizatçıların qiymətləndirilməsi bacarığı;
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
- ERP sistemlərində (məsələn, SAP, 1C və ya digər) işləmə təcrübəsi üstünlükdür;
- Tender prosedurları və satınalma qanunvericiliyi üzrə biliklər arzuolunandır.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Həyat yığım sığortası;
- Push30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;
- Uşaqlara məktəb endirimləri;
- Peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.