Landau Education Group Landau Education Group
  • 747

Landau Education Group

Education

SƏTƏM üzrə mütəxəssis

  • Deadline 8 January 2026

Təsvir

  • İşçilərə Səhiyyə və Təhlükəsizlik (H&S) qaydalarının əhəmiyyətini izah etməklə güclü təhlükəsizlik mədəniyyətini təşviq etmək və şirkətin siyasət və prosedurlarına tam riayət olunmasını təmin etmək;
  • Şirkətin daxili HSE siyasətlərini, təlimatlarını və sənədləşməsini hazırlamaq, tətbiq etmək və mütəmadi olaraq yeniləmək;
  • İşçilər üçün HSE giriş təlimlərini keçirmək və təlim qeydlərində müvafiq sənədləşmə və imzalanmanın təmin etmək;
  • İş yerində baş verən hadisə və qəzaları araşdırmaq, əsas səbəb analizlərini aparmaq və təkrarlanmanın qarşısını almaq üçün qabaqlayıcı və korrektiv tədbirləri tətbiq etmək;
  • Obyektlərdə mövcud təhlükə və riskləri müəyyənləşdirmək, həmin risklərin qarşısının alınması üçün fəaliyyət planı hazırlamaq və onun icrasını izləmək;
  • Əmək qanunvericiliyinə, iş yerində intizam qaydalarına və şirkətin daxili nizamnamələrinə riayət olunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər HSE ilə bağlı vəzifələri yerinə yetirmək.

Tələblər

  • Mühəndislik, Texniki Elmlər və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Səhiyyə, Təhlükəsizlik və Ətraf Mühit (HSE) sahəsində minimum 1 il müvafiq iş təcrübəsi;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarıqları, yüksək diqqətlilik;
  • Komandada işləmə, ünsiyyət və qərarvermə bacarıqları;
  • Səlis azərbaycan dili (rus və ingilis dilləri üstünlük hesab olunur);
  • Əmək mühafizəsi və təhlükəsizlik qaydaları, həmçinin beynəlxalq standartlar (məsələn, ISO 45001, ISO 14001) barədə anlayış.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • Peşəkar inkişaf imkanı;
  • Könüllü tibbi sığorta;
  • Həyat yığım sığortası;
  • Push30 proqramından 75% endirim ilə istifadə imkanı;
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1179