Təsvir
- Şirkətin biznes strategiyasına uyğun L&D strategiyasının və illik təlim planının hazırlanmasına və icrasına rəhbərlik etmək;
- Təlim ehtiyaclarının sistemli şəkildə müəyyənləşdirilməsi və prioritetləşdirilməsi məqsədilə TNA (Training Needs Analysis) prosesini təşkil etmək və idarə etmək;
- L&D komandasının fəaliyyətini idarə etmək, iş bölgüsünü və prioritetləri müəyyənləşdirmək, komanda üzvlərinin peşəkar inkişafını və effektiv fəaliyyətini dəstəkləmək;
- Təlim proqramlarının effektivliyini və biznesə təsirini qiymətləndirmək, müvafiq KPI-ları müəyyənləşdirmək və izləmək, nəticələr əsasında analitik hesabatlar hazırlamaq;
- Xarici təlim provayderlərinin seçimi, qiymətləndirilməsi və onlarla əməkdaşlıq proseslərini idarə etmək, təlimlərin keyfiyyət və biznes tələblərinə uyğunluğunu təmin etmək;
- Davamlı öyrənmə və inkişaf mədəniyyətinin formalaşdırılması məqsədilə yeni L&D təşəbbüslərinin, müasir yanaşmaların və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.
Tələblər
- Ali təhsil (İR, Biznesin İdarə Edilməsi, Psixologiya və ya əlaqəli sahələr üzrə).
- Azərbaycan dilində mükəmməl, ingilis dilində isə yaxşı danışıq və yazılı ünsiyyət bacarığı;
- L&D və ya İR sahəsində minimum 4-5 il iş təcrübəsi;
- Təlim və inkişaf proqramlarının hazırlanması və idarə olunması üzrə praktiki təcrübə;
- TNA (Training Needs Analysis), kompetensiyaların inkişafı və təlimlərin effektivliyinin qiymətləndirilməsi metodologiyaları üzrə bilik;
- Komanda idarəetməsi və güclü liderlik bacarıqları;
- Yüksək səviyyədə kommunikasiya, təqdimat və fasilitasiya bacarıqları;
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.