Təsvir:
- Məktəbin müxtəlif korpuslarında quraşdırılmış turniket və keçid nəzarət sistemlərinin gündəlik izlənməsi;
- Turniket sistemlərinin fasiləsiz və stabil fəaliyyətinin təmin edilməsi;
- Sistem nasazlıqlarının ilkin texniki diaqnostikası və aradan qaldırılması;
- Yeni turniket və keçid sistemlərinin quraşdırılması və sazlanmasında iştirak edilməsi;
- Şagird və valideyn kartlarının hazırlanması, biometrik məlumatların (barmaq izi) qeydiyyatı;
- Şagird kartları üçün foto məlumat bazasının formalaşdırılması və yenilənməsi;
- İstifadəçi məlumatlarının proqram təminatına əlavə edilməsi və idarə olunması;
- Sistem üzərindən giriş-çıxış proseslərinin təhlükəsizliyinin təmin edilməsi;
- İstifadəçi rollarının və səlahiyyətlərinin idarə olunması;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Məlumat bazasının sistemli və təhlükəsiz saxlanılmasının təmin edilməsi;
- Təhlükəsizlik prosedurlarına uyğun fəaliyyətin təşkil edilməsi;
- Zərurət olduqda HelpDesk proseslərinə texniki dəstək göstərilməsi;
- Digər İT və təhlükəsizlik infrastrukturu ilə koordinasiyalı iş.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (İT, Elektronika və əlaqəli istiqamətlər üstünlükdür);
- Turniket və keçid nəzarət sistemlərinə aid proqram təminatları ilə işləmə bacarığı;
- Keçid nəzarət sistemləri və turniketlərlə iş təcrübəsi;
- Şəbəkə əsasları üzrə biliklər (IP, LAN, CMP, Gateway, Subnetmask, OSI Model, switch, patch panel anlayışları);
- ZKBioSecurity və ya oxşar təhlükəsizlik proqram təminatları ilə iş təcrübəsi;
- Təhlükəsizlik sistemləri üzrə praktik biliklər;
- Elektron giriş sistemlərinin montajı və sazlanması üzrə təcrübə;
- Texniki problemləri operativ analiz etmə və həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və sistemli iş yanaşması;
- MS Office proqramları ilə işləmə bacarığı.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.