LANDAU School üçün Xəzinədar axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
- Gündəlik olaraq kassa əməliyyatlarının 1C proqramında qeyd olunması;
- Gündəlik olaraq kassa kitabının işlənməsi;
- Təhtəl hesab şəxslər ilə avans hesabatının edilməsi;
- Nağd vəsaitlərin hərəkəti ilə bağlı qanunvericiliyin izlənməsi və müəssisə daxilində tətbiqi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
- Sahəyə aid Azərbaycan Respublikası qanunvericiliyi və Mühasibat uçotu bilikləri;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Yaxşı səviyyədə MS Excel biliyi;
- 1C Mühasibatlıq proqramında sərbəst işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Rus dili və ingilis dili biliyi arzuolunandır.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.