Mühasib (Barama Körpələr Evi)

  • Deadline 24 Oktyabr 2024

Təsvir

Barama Körpələr Evi üçün Mühasib axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:

  • Gələn e-qaimələrin yoxlanılması və 1C proqram təminatına işlənilməsi;
  • Əsas vəsaitlər və qeyri maddi aktivlərin uçotunun 1C proqram təminatında aparılması;
  • Mal-materialların hərəkətinə 1C proqram təminatında nəzarət edilməsi;
  • Anbarın inventarizasiya prosesinin təşkili və həyata keçirilməsi;
  • Bütün bank əməliyyatlarının icrası və 1C proqram təminatında qeydiyyatı;
  • Təhsil haqqlarının uçotunun excel və 1C proqram təminatında aparılması;
  • Əmək haqqlarının hesablanması, ödənilməsi və 1C proqram təminatına işlənməsi;
  • Elektron portallarla işləmək bacarığı (E-taxes.gov.az, e-gov.az, emas.sosial.gov.az və s.);
  • ƏDV , ÖMV , Vahid bəyannamə və mənfəət vergi bəyannamələrinin təqdim edilməsi;
  • Dövlət Statistika Komitəsinə dövrü olaraq hesabatların təqdim olunması;
  • Vergi qanunvericiliyinə uyğun uçotun təşkili;
  • İllik büdcənin hazırlanması və büdcənin istifadə olunmasına nəzarət edilməsi;
  • Maliyyə hesabatlarının (Balans , Pul axını və Mənfəət Zərər hesabatı) hazırlanması.

Tələblər

  • Maliyyə-mühasibatlıq üzrə bakalavr təhsili;
  • Maliyyə-mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;    
  • Yüksək səviyyədə Excel biliklərinin olması;
  • Elektron portallarla işləmək bacarığı (e-taxes.gov.az, e-gov.az, emas.sosial.gov.az və s.);
  • PMS, F3, F7 sertifikatlarının olması üstünlükdür;
  • Analitik düşünmə bacarığı;
  • PMS, F3, F7 kimi sertifikatların olması üstünlükdür;
  • Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 09:00-18:00 (həftədə 5 dəfə);
  • Peşəkar inkişaf imkanları.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly543
  • Monthly2387