Təsvir
LANDAU School üçün Psixoloji xidmətlər üzrə məsləhətçi axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
- Şagirdlərə akademik, şəxsi, sosial və ya davranış məsələləri ilə bağlı fərdi və qrup məsləhət sessiyaları təklif etmək;
- Müəllimlər, valideynlər və inzibati heyətlə əməkdaşlıq edərək akademik məsələləri həll etmək və şagirdlərin uğuru üçün strategiyalar hazırlamaqi;
- Şagirdlərə maraq, bacarıq və karyera məqsədlərini müəyyənləşdirmələrinə kömək etmək üçün karyera araşdırması və yönləndirmə təklif etmək;
- Yarana biləcək fövqəladə halları nəzarətdə saxlamaq;
- Xüsusi yanaşma tələb edilən vəziyyətdə şagirdlərə dərhal dəstək və məsləhət vermək, həmçinin müvafiq resurslarla əlaqələndirmək;
- Müvafiq problemləri həll etmək və müdaxilə planları hazırlamaq üçün komanda işləri təşkil etmək;
- Müəllimlər və valideynlərlə tələbə ehtiyaclarını qarşılayan və müsbət davranışı təşviq edən strategiyalar üzrə məsləhətləşmək;
- Valideynlər üçün psixoloji xidmətlər üzrə məsləhətçinin vəzifələri və sahə ilə bağlı müvafiq mövzularda təqdimatlar təşkil etmək;
- Gələn tələblərin və müşahidələrin sənədləşdirilməsini təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili;
- Qeyd edilən sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Yüksək Azərbaycan və Rus dili biliyi;
- İngilis dili biliyi Pre-Intermediate səviyyəsində;
- Yeniyetmə psixologiyası barədə biliklər;
- Müştəri ilə işləmə bacarığı;
- Problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 08:00-17:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl kampusu;
- Könüllü tibbi sığorta;
- Peşəkar inkişaf imkanları;
- Uşaqlara məktəb endirimləri.
Vakansiya haqqında
- Son tarix dekabr 4, 2024
- Vakansiya növü Tam ştat
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.