Qiymət nəzarətçisi

  • Deadline 11 İyul 2024

Təsvir:

  • Məhsullar üzrə norma (reseptlər əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisə etməsi;
  • Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatın tərtib etməsi;
  • Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması proseslərində aktiv iştirak etməsi;
  • Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
  • Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
  • Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət etməsi;
  • Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
  • Yeməkxanın satışlarının sistemə daxil edilməsi;
  • 1C ERP sistemində dövriyyənin yenilənməsinə nəzarət etməsi;
  • Anbardan işçi yeməkxanasına istifadə edilən malların sistemə daxil edilməsi;
  • Mətbəxlərin mal sayımında iştirak edilməsi və sayılmış malların sistemə daxil edilməsi;
  • Düzgün məhsul/xidmətlərin gözlənilən maya dəyəri ilə alındığından əmin olmaq üçün fakturaların təhlil edilməsi;
  • Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş büdcə ilə bərabər olmasının yoxlanılması;
  • Tədbirlərin xərclərin hesablanması;
  • Verilən malların hesabatının gündəlik olaraq yoxlanılması və bütün sifarişlərin düzgün yerləşdirilməsinin təyin edilməsi;
  • Hər ay inventar hesablamasının həyata keçirilməsi və aşkar edilmiş bütün uyğunsuzluqlar barədə hesabat verilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Dəqiqlik və diqqətlilik;
  • Komandada işləmə bacarığı;
  • Yüksək riyazi və məntiqi təfəkkür, maliyyə hesabatçılıq qabiliyyəti;
  • Analiz etmə bacarığı.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 8:00 - 17:00/ 09:00-18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Ağ şəhər;
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019