Təsvir
- Sosial media və digər kanallardan daxil olan müraciətlər üzrə valideynləri məlumatlandırmaq;
- Şagird qəbulu üçün zənglər etmək, imtahan qeydiyyatı və prosesini təşkil etmək;
- Valideynlərlə telefon, WhatsApp və görüşlər vasitəsilə qəbul prosesini aparmaq;
- ERP sistemində məlumatları yoxlamaq, müqavilələri hazırlamaq və imzalanmasını təmin etmək;
- İmtahan nəticələrinə əsasən qəbulu həyata keçirmək;
- Satış hədəflərinə nail olmaq və daxili qaydalara riayət etmək.
Tələblər
- Ali təhsil;
- Satış üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq;
- Rus dili biliyi arzu olunandır;
- Peşəkar nitq mədəniyyətinə riayət;
- Tez adaptasiya və çevik işləmə bacarığı;
- Stressə davamlılıq və aktiv iş mühitinə uyğunlaşma;
- Satış, inandırma və effektiv ünsiyyət bacarıqları;
- Telefon və yazılı ünsiyyətdə peşəkar davranış.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: həftədə 5 iş günü 10:00 – 19:00/09:00 – 18:00;
- Həyat yığım sığortası;
- Tibbi sığorta;
- Övladların təhsili üçün endirimlər;
- Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;
- Təlim və inkişaf proqramları;
- Peşəkar inkişaf və karyera artımı imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.