Şagird qəbulu üzrə mütəxəssis

  • Deadline 21 Fevral 2026

Təsvir

  • Sosial media və digər kanallardan daxil olan müraciətlər üzrə valideynləri məlumatlandırmaq;
  • Şagird qəbulu üçün zənglər etmək, imtahan qeydiyyatı və prosesini təşkil etmək;
  • Valideynlərlə telefon, WhatsApp və görüşlər vasitəsilə qəbul prosesini aparmaq;
  • ERP sistemində məlumatları yoxlamaq, müqavilələri hazırlamaq və imzalanmasını təmin etmək;
  • İmtahan nəticələrinə əsasən qəbulu həyata keçirmək;
  • Satış hədəflərinə nail olmaq və daxili qaydalara riayət etmək.

Tələblər

  • Ali təhsil;
  • Satış üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq;
  • Rus dili biliyi arzu olunandır;
  • Peşəkar nitq mədəniyyətinə riayət;
  • Tez adaptasiya və çevik işləmə bacarığı;
  • Stressə davamlılıq və aktiv iş mühitinə uyğunlaşma;
  • Satış, inandırma və effektiv ünsiyyət bacarıqları;
  • Telefon və yazılı ünsiyyətdə peşəkar davranış.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: həftədə 5 iş günü 10:00 – 19:00/09:00 – 18:00;
  • Həyat yığım sığortası;
  • Tibbi sığorta;
  • Övladların təhsili üçün endirimlər;
  • Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;
  • Təlim və inkişaf proqramları;
  • Peşəkar inkişaf və karyera artımı imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly264
  • Monthly1696