Lazzoni və Natuzzi mağazaları Lazzoni və Natuzzi mağazaları
  • 239

Memar dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Memar dizayner

  • Deadline 28 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Universitetlərin Memarlıq, İç memarlıq, Mebel dizaynı, Dizayn və digər uyğun ixtisasları üzrə məzun olmaq;
  • Plan və layihələri oxumaq və çertyoj hazırlamaq bacarığı;
  • Tercihen mebel satışı sahəsində iş təcrübəsinin olması;
  • Mağazacılıq və satış sahəsində karyera qurmaq istəyinin olması;
  • AutoCAD və 3ds Max proqramlarında işləmək bacarığı;
  • İnteryer dizaynı və dekorasiya sahəsində yenilikləri və müasir trendləri yaxından izləmək;
  • Müştərinin evində ölçüləri götürmək və həmin ölçülərə uyğun layihə hazırlamaq bacarığı;
  • Siqaret çəkməyən.

İş öhdəlikləri:

  • Müştərilərin tələblərinə və ehtiyaclarına uyğun interyer dizayn konsepsiyalarının hazırlanması;
  • Hazırlanmış dizayn həllərinin çertyojlarla dəstəklənərək layihələndirilməsi və müştəriyə effektiv şəkildə təqdim edilməsi;
  • Hazırlanan layihələrin satışa çevrilməsinə yönəlmiş fəaliyyətin həyata keçirilməsi;
  • Satışdan sonrakı proseslərin izlənilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş saatları: 10:00 – 19:30;
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: 1000 – 1200 AZN + Bonus sistemi

Müraciət edən namizədlərdən xahiş olunur ki, şəxsi CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən e-mail mövzu hissəsində “Memar-Dizayner” sözlərini qeyd etsinlər.

Əlaqə nömrəsi: (050) 560 01 64

  • Daily124
  • Weekly365
  • Monthly2704