Lazzoni və Natuzzi mağazaları Lazzoni və Natuzzi mağazaları
  • 753

Lazzoni və Natuzzi mağazaları

Прочее

Sürücü (Nəqliyyat vasitəsi üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sürücü (Nəqliyyat vasitəsi üzrə)

  • Истекает 6 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri

Əsas vəzifələr

  • Şirkətin məhsullarını müştərilərə düzgün, vaxtında və təhlükəsiz şəkildə çatdırmaq
  • Təhlükəsiz idarəetmə qaydalarına riayət edərək məhsulları müştərilərə təhvil vermək
  • Müştərilərə çatdırılacaq mebellərin usta ilə birlikdə maşına yüklənməsi və müştərinin evində boşaldılmasına kömək etmək
  • Quraşdırma prosesində ustaya kömək etmək
  • Məhsul yığımı və montajı zamanı keyfiyyət standartlarına əməl etmək
  • Nəqliyyat vasitəsini təmiz və səliqəli saxlamaq, hər hansı nasazlıq aşkar etdikdə rəhbərliyə məlumat vermək və təmir olunduqdan sonra istifadə etmək
  • Anbar müdürünün əmr və tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək

Tələblər

  • Cinsi: Kişi
  • Yaş həddi: 25 – 40
  • B və C kateqoriyalı sürücülük vəsiqəsi
  • Nəqliyyat vasitəsi üzrə minimum 2 il iş təcrübəsi
  • Yüksək sürücülük bacarığı və yol hərəkəti qaydalarını yaxşı bilmək
  • Vaxtın düzgün idarə olunması və detallara diqqət
  • Komanda ilə işləmə bacarığı
  • Müştəri məmnuniyyəti və yüksək xidmət anlayışı
  • Bakı şəhərinin ərazilərini yaxşı tanımaq
  • Siqaret çəkməyənlərə üstünlük verilir
  • Geyim və şəxsi səliqəyə diqqət etmək

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə
  • 6 günlük iş qrafiki (09:00 – 18:00)
  • Əmək haqqı: 800 – 1000 AZN + əlavə bonus sistemi
  • Şirkətdaxili təlim və inkişaf proqramları
  • Dinamik və dost mühitdə işləmək imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Sürücü” sözünü qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Müraciətlər yalnız e-mail vasitəsilə qəbul olunur.

Əlaqə: 050 564 01 64

  • Daily0
  • Weekly0
  • Monthly571