“LB Project” MMC “Layihə mühəndisi (Elektrik sistemləri üzrə)” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Elektrik işləri üzrə işçi layihələrin hazırlanması.
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması.
- Layihələndirmədə elektrik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək.
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları və lazımı hesabatları hazırlamaq.
- Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi.
Tələblər:
- Ali təhsil (Elektrik mühəndisliyi).
- Müvafiq sahə üzrə üzrə minumum 2 il iş təcrübəsi.
- Kompüter bilikləri – MS Office, AutoCAD.
- Tikinti norma və qaydalarına dair biliklər
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
İş şərtləri və təminatlar:
- İş qrafiki: Həftə içi 6 gün,
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir).
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Layihə mühəndisi(Elektrik sistemləri üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.