Şəhərimizin premium markaları ilə eyni cərgədə olan leplaisir mağaza-kafe sizi salamlayır. Mağazamız, Azərbaycanın ən öndə gedən şirniyyat və kulinariya markasıdır. Yaşımız artıq 10 ötüb. Ənənəyə və yüksək keyfiyyətə uyğun olaraq, Leplaisir komandamızın nəzakəti və peşəkarlığı ilə seçilməsini təmin edirik. Satış komandasını genişləndirmək məqsədilə Satış üzrə Mütəxəssis- xanım vaakansiyasını elan edirik
İş şəraiti
- İş rejimi: 8:30 -17:00 / 13:00-22:00 (II növbə)
- İş qrafiki: növbəli (6 gün iş / 1 gün istirahət)
- Əmək haqqı: 600 AZN
- Rəsmi əmək müqaviləsi
- Geyim forması təmin olunur
- Nahar şirkət tərəfindən verilir
- İş yeri: Bakı şəhəri Nizami 249
Əsas vəzifələr:
- Müştərilərə məhsullar haqqında ətraflı məlumat vermək
- Alıcıların diqqətini cəlb etmək üçün yeni məhsulların düzgün yerləşdirilməsinin koordinasiyası
- Vitrinlərin yerləşim standartlarına və vizual tərtibata riayət olunmasına nəzarət edilməsi
- Leplaisir məhsullarının satışını çoxaltmaq
- Müştəri məmnuniyyətini təmin etmək
- Mağazanın təmizliyi və nizam-intizamına nəzarət etmək
- Şirkətin satış strategiyasına uyğun satış prosesini icra etmək
Tələblər:
- Yaş: 19-30
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı və İngilis dili arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Gülərüz və ünsiyyətcil
- Müştərilərlə işləmək qabiliyyəti;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik.
- Məsuliyyətli və dürüst yanaşma
- Növbəli iş rejimində işləməyə hazır olmaq
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və ya ad soyad + Satış üzrə Mütəxəssis başlığı ilə WhatsApp nömrəmizə yazın: +994 50 537 87 67