Leadlab Agency Leadlab Agency
  • 687

Leadlab Agency

Digər

SMM & Account Executive

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SMM & Account Executive

  • Deadline 9 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Agentliyimiz böyüyür və peşəkar, operativ və məsuliyyətli daha bir komanda yoldaşı axtarırıq.

Vəzifələr:

  • Kreativ komandaya brief vermək və onlardan kontentləri (mətn, dizayn, video) düzgün şəkildə təhvil almaq
  • Kontentlərin keyfiyyətini və brifə uyğunluğunu ilkin yoxlamaq, lazım gəldikdə geri bildirim vermək
  • Hazırlanan kontentləri müştəri ilə razılaşdırmaq və təsdiqlətmək
  • Müştərilərlə həftəlik və aylıq kommunikasiya (brief və feedback almaq, təsdiqlər)
  • Aylıq sosial media kontent təqvimlərinin hazırlanması (mövzu başlıqları, brief, paylaşım ardıcıllığı)
  • Paylaşımların düzgün vaxtda və düzgün platformalarda yerləşdirilməsini təmin etmək (Meta Business Suite və s.)
  • İzləyici mesaj və şərhlərinə şablonlara əsasən cavab vermək
  • Sosial media postlarının boost edilməsi və reklam parametrlərinin qurulmasında iştirak (Meta Ads təməl biliyi)
  • Aylıq və ya rüblük hesabatların hazırlanmasında iştirak

Aydınlıq üçün vacib qeyd:

  • Bu vəzifəyə dizayn və ya video kontent hazırlamaq daxil deyil. Kontentlərin yaradılması agentliyin kontent və dizayn komandası tərəfindən həyata keçirilir. Bu rolda isə həmin işlərin koordinasiyası, planlaması və idarə olunması yer alır.

Tələblər:

  • Sosial media platformaları ilə tanışlıq (Instagram, Facebook, TikTok, LinkedIn)
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Yaxşı kommunikasiya və təqdimetmə bacarığı
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət (rus və ingilis dili üstünlükdür)
  • Agentlik ritminə uyğun çevik və stressə davamlı olmaq 
  • 1 ildən artıq agentlik təcrübəsi üstünlükdür. 

Əməkhaqqı namizədlərlə mesahibə zamanı razılaşdırılacaq (rəqabətə davamlı əməkhaqqı + bonus sistemi)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily26
  • Weekly665
  • Monthly545