Biz sadəcə kontenti çəkib təhvil verən yox, sosial media trendlərini izləyən, formatları bilən və düşünən və hər bir kontentin məqsədini anlayan videoqraf axtarışındayıq. Texniki bacarıqla yanaşı, ideya prosesinə qoşulan və kreativ yanaşması olan namizədlər müraciət edə bilərlər.
Öhdəliklər:
- Reels və TikTok videolarının çəkilişi
- Reklam çarxları üçün video çəkilişlərinin aparılması
- Tədbir, açılış və korporativ çəkilişlərin icrası
- Sosial media üçün çəkilişlərin həyata keçirilməsi
- Kreativ komanda tərəfindən tərəfindən hazırlanmış ssenarilər üzrə çəkiliş aparmaq
- Çəkilmiş video materialların montajı (reels, qısa video, sosial media formatları)
- Çəkiliş zamanı işıq, kadr və texniki keyfiyyətə nəzarət
Tələblər:
- Video çəkilişi üzrə real praktiki təcrübə
- Kamera, işıq və səs avadanlıqları ilə işləmə bacarığı
- Video montaj proqramları ilə işləmə bacarığı
- Sosial media formatlarını (vertical video, reels və s.) anlamaq
- Operativlik və deadline-lara uyğun işləmə bacarığı
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:30 - 18:30
- Performansa əsaslanan aylıq və rüblük bonuslar
- Full-time, ofisdən iş (freelance və remote qəbul olunmur)
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV və ya qısa məlumat (bio) ilə yanaşı:
- istifadə etdikləri kamera modeli və texniki avadanlıqlar haqqında məlumatı,
- portfolio linkini (video iş nümunələri) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Qeyd: Portfolio təqdim olunmayan müraciətlər nəzərə alınmayacaq.