Legalize Hüquq Şirkəti “Baş hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Hüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması;
- İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması;
- Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin yazılması;
- Fiziki və hüquqi şəxslərdən, habelə dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılması;
- Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
- Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi;
- Vəzifə öhdəliklərindən irəli gələn digər hüquqi tapşırıqların icrası.
Tələblər:
- Hüquq üzrə ali təhsil;
- Kişi namizədlər üçün - hərbi xidmət keçmiş olması;
- Vəkilliyə yeni qəbul olunmuş namizədlərə üstünlük veriləcəkdir;
- Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində, ingilis dili (mütləq) – şifahi ünsiyyət və hüquqi yazı bacarığı, rus dili biliyi üstünlükdür;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;
- Effektiv ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq;
- Mübahisələrin həlli (mübahisələrin məhkəmə və ya arbitraj yolu ilə həlli) sahəsinə xüsusi marağın olması;
- Minimum 3 il iş təcrübəsi.
İş şəraiti
- İş vaxtı: 5 (beş) günlük.
- İstirahət günü: şənbə, bazar.
- İş yeri: Bakı şəhəri, Xocalı prospekti 55, “AGA Center” biznes mərkəzi, 7-ci mərtəbə, 701 №-li ofis.
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində təyin ediləcəkdir.
Əlaqə: Müraciət üçün CV-nizi (mövzu hissəsində “Baş hüquqşünas” yazaraq) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.