Legalize Law Firm Legalize Law Firm
  • 573

Legalize Law Firm

Professional Services

Baş Hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Hüquqşünas

  • Истекает 6 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Legalize Hüquq Şirkəti “Baş hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Hüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması;
  • İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması;
  • Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin yazılması;
  • Fiziki və hüquqi şəxslərdən, habelə dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılması;
  • Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər hüquqi tapşırıqların icrası.

Tələblər:

  • Hüquq üzrə ali təhsil; 
  • Kişi namizədlər üçün - hərbi xidmət keçmiş olması;
  • Vəkilliyə yeni qəbul olunmuş namizədlərə üstünlük veriləcəkdir;
  • Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində, ingilis dili (mütləq) – şifahi ünsiyyət və hüquqi yazı bacarığı, rus dili biliyi üstünlükdür;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;
  • Effektiv ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq;
  • Mübahisələrin həlli (mübahisələrin məhkəmə və ya arbitraj yolu ilə həlli) sahəsinə xüsusi marağın olması;
  • Minimum 3 il iş təcrübəsi.

İş şəraiti

  • İş vaxtı: 5 (beş) günlük.
  • İstirahət günü: şənbə, bazar.
  • İş yeri: Bakı şəhəri, Xocalı prospekti 55, “AGA Center” biznes mərkəzi, 7-ci mərtəbə, 701 №-li ofis. 
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində təyin ediləcəkdir.

Əlaqə: Müraciət üçün CV-nizi (mövzu hissəsində “Baş hüquqşünas” yazaraq) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily52
  • Weekly52
  • Monthly839