Vəzifə təlimatı:
- Şirkət qaydalarına əsasən araşdırmalar aparmaq, sifarişlər vermək, tədarük prosesində iştirak etmək və məhsulların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək.
- Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək göstərmək.
- Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
- Təchizatçılar ilə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
- Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
- Bütün tələb olunan sənədləşmələri, yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq.
Namizədə tələblər:
- Yaş həddi: 20-30
- Ali təhsil
- Azərbaycan dilində (səlis), Rus və İngilis dillərində biliklər (arzuolunandır)
- Excel və Word proqramlarında işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma
- İntellektual, özgüvən, işində punktual olmalı.
- Bu sektorda minimum 1 il iş təcrübəsi
İş şəraiti:
- Əmək haqqı: fiks 450 azn (əlavə faizlər, iş görüşündən sonra razılaşdırılır
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 17:00-dək
Müraciət üçün aşağıda qeyd edilmiş elektron poçt ünvanına CV göndərə bilər və ya bu telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz: +994558088680